Spacer
Spacer
Baku / Bazar / 05. Fevral 2012 / 17:36 / Spacer-1°C / SpacerSpacer
Spacer
Spacer
Spacer
Spacer
Spacer
Ana səhifə
Spacer
Spacer
Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəriSpacerSpacerZoom image
Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri

Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin (BMWi) və Germany Trade & Invest GmbH-nın xarici iqtisadiyyatın dəstəklənməsi proqramı çərçivəsində DAWF 04.07.- 07.07.2011 tarixində Bakı və Sumqayıt şəhərlərinə alman sahibkarlarından ibarət nümayəndə heyətinin səfərini təşkil edir.

Proqramda Bakıda işgüzar birjanın da baş tutacağı 12-ci Alman-Azərbaycan İqtisadi Forumunda iştirak, müəssisələrdə gəzinti, həmçinin mühüm nazirliklərin səlahiyyətli şəxsləri ilə dəyirmi masa danışıqlarının keçirilməsi planlaşdırılır. Sumqayıtda isə İcra hakimiyyətində danışıqların, habelə müəssisələrə səfərlərin keçirilməsi nəzərdə tutulur.

Nümayəndə heyətinin səfərinin məqsədi alman müəssisələrini Azərbaycan bazarı ilə tanış etmək, onların öz məhsulları üçün bazar potensialını öyrənmələri və potensial işgüzar tərəfdaşları ilə birbaşa əlaqələrin qurulmasıdir. Nümayəndə heyətinin səfərinin məqsəd qrupu tikinti iqtisadiyyatı, maşınqayırma, yüngül və yeyinti sənayesi, kommunal iqtisadiyyat, su təsərrüfatı və tullantı suların emalı texnikası, ətraf mühitin mühafizəsi texnikası, kimya sahələrində fəaliyyət göstərən kiçik və orta miqyaslı müəssisələrdir.

Səfərin gedişatı ilə bağlı ətraflı məlumatı və qeydiyyat fosmasını buradan əldə edə bilərsiniz Download
Spacer
Spacer
5 may 2011-ci il tarixində Alman-Azərbaycan İqtisadi ForumuSpacerSpacerZoom image
5 may 2011-ci il tarixində Alman-Azərbaycan İqtisadi Forumu
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri cənab Şahin Mustafayevin Almaniyaya səfəri münasibətilə Federal İqtisadiyyat və Texnologiya Nazirliyi Almaniya İqtisadiyatının Şərq Komitəsi və Şərqi və Mərkəzi Avropa Birliyi ilə birgə
cümə axşamı, 5 may 2011-ci il tarixində saat 14:00-dan 17:00-dək Federal İqtisadiyat və Texnologiya Nazirliyində Alman-Azərbaycan İqtisadi Forumunu təşkil edir.
İqtisadi Forumun açılışını Federal İqtisadiyyat Naziri cənab Brüderle və İqtisadi İnkişaf Naziri cənab Müstafayev edəcəklər. DAWF Alman-Azərbaycan iqtisadi İttifaqının İdarə heyətinin sədri Dr. Marco Graff və icraçı direktor tərəfindən təmsil olunacaqdır. Nazir Mustafayevi hökumət və iqtisadiyyat nümayəndələrindən ibarət heyət müşaiyət edəcək. İqtisadi Forumun davamı olaraq tədbir iştirakçıları arasında ikitərəfli danışıqlar aparmaq imkanı da olacaqdır. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz
Programmablauf und Anmeldung.
Spacer
Spacer
DAWF 2011-ci il Beynəlxalq Yaşıl Həftə sərgisindəSpacerSpacerZoom image
DAWF 2011-ci il Beynəlxalq Yaşıl Həftə sərgisində
DAWF Berlində Azərbaycan Respublikasının Səfirliyi və Şərqi və Mərkəzi Avropa İttifaqı ilə əməkdaşlıqda 21 yanvar 2011-ci il tarixində “Azərbaycanda kənd təsərrüfatının vəziyyəti, inkişaf perspektivləri və kənd təsərrüfatı məhsullarının emalı” mövzusunda tədbir təşkil etmişdir. Tədbir “Yaşıl Həftə 2011” sərgisinə Azərbaycandan hökümət və iqtisadi nümayəndə heyətinin səfəri ilə əlaqədar keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İsmət Abasov, İqtisadi İnkişaf Nazirinin müavini Niyazi Səfərov və s. yüksək rütbəli hökumət nümayəndələri iştirak etmişlər. Daha sonra tədbir çərçıvəsində ikitərəfli əməkdaşlıq danışıqları keçirilmişdir.

2011-ci il Beynəlxalq Yaşıl Həftə sərgisində Azərbaycan öz millli stendi ilə təmsil olunmuşdur. Stenddə kənd təsərrüfatı və yeyinti sənayesi sahəsindən Azərbaycan şirkətləri konyak, şərab, nar şirəsi, müxtəlif meyvə tərəvəz növlərini, həmçinin balıq və süd məhsullarını və Azərbaycanın milli şirniyyatı olan paxlavanı təqdim etmişlər.

Tədbirin proqramını buradan əldə edə bilərsiniz
Proqram
Spacer
Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi – Bavariya öz milli stendi ilə

Almaniyadan yeni tərəfdaş şirkətlə və alman texnologiyası ilə tanış olun.

22-24.09.2010-cu il tarixində keçiriləcək Azərbaycanda tibb avadanlıqları və səhiyyə sahəsində ixtisaslaşmış sərgi olan Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində ilk dəfə olaraq Almaniyanın Bavariya torpağı da öz milli stendi ilə təmsil olunacaq. Ümumilikdə Bavariyada tibb avadanlıqları istehsal edən yeddi alman müəssisəsi bunun üçün Azərbaycana səfər edəcəklər. DAWF 22 sentyabr tarixində saat 13:00-da Bavariya milli stendində 1 saylı zalda işgüzar birja təşkil edir. İşgüzar birjada iştirakla bağlı qeydiyyat haqqında ətraflı məlumatı mail@dawf.com email ünvanına müraciət edərək əldə edə bilərsiniz.

DAWF-ın bürosu
Nizami küç. 24
AZ 1001 Bakı
Azərbaycan
Tel: 00994 12 448 39 95
Faks: 00994 12 497 03 95
mail@dawf.com
www.dawf.com
Spacer
DAWF-ın yay şənliyi, Pool Area Airport Hotel Baku, 18.09.2010

Payız fəsli girməmişdən əvvəl biz Sizinlə birlikdə hər il olduğu kimi DAWF-ın yay şənliyində yayın bitməsini təntənəli surətdə qeyd etmək istəyirik. Bu münasibətlə biz Sizi və ailənizi, dostlarınızı və biznes tərəfdaşlarınızı 18.09.2010 tarixində saat 19.00 dan Pool-Area Airport hotelinə dəvət edirik. Musiqi sədaları altında, təmiz çəllək pivəsi və bufetdə alman təamlarının da olacağı gözəl yay axşamından zövq alın.
Spacer
DAWF Members
Spacer
Spacer
Spacer
Spacer
 
Spacer Spacer  
Spacer