Haqqımızda
Azərbaycan işadamları üçün əlaqələndirici
1999-cu ildən etibarən Alman-Azərbaycan İqtisadi Birliyi (DAWF) Azərbaycanda Almaniya-Azərbaycan sahibkarlarının maraqlarını təmsil edir. Hazırda DAWF-ın 100-dən çox üzvü var. DAWF Sizə Alman işadamları ilə fəaliyyətə başlamağa və bu fəaliyyəti inkişaf etdirməyə dəstək verir. DAWF-ın rəhbərliyi bu məqsədlə Almaniya səfirliyi, Almaniya Sənaye və Ticarət Palatası, Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi, Xarici İqtisadiyyat üzrə Federal Agentlik, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, Beynəlxalq Miqrasiya və İnkişaf Mərkəzi, Yenidənqurma üzrə Kredit İnstitutu, sənaye və ticarət palataları ilə, eləcə də Azərbaycan və Almaniyadaki iqtisadiyyata dəstək verən qurumlarla sıx əməkdaşlıq edir. 2007-ci ildən etibarən Almaniya Sənaye və Ticarət Palatası və Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi DAWF-ı maliyyə yardımı ilə dəstəkləyir.
Birliyimizə üzvlük
Almaniya-Azərbaycan iqtisadi münasibətləri ilə bağlı olan hər bir müəssisə DAWF-a üzv ola bilər. Birliyə üzvlük barədə qərar Idarə heyəti tərəfindən qəbul edilir. Üzvlərimizə təqdim olunan xidmətlərə gündəlik iqtisadi xarakterli xəbərlərin elektron poçt vasitəsilə göndərilməsi, DAWF-ın şəbəkəsinə çıxış, iqtisadi forum və nümayəndə heyətlərinin səfərləri ilə bağlı dəvətnamələrin göndərilməsi, Birliyin həyatında fəal iştirak etmək, eləcə də mehmanxana, fitnes klub və aviaşirkətlərlə bağlı güzəştli qiymətlər daxildir. Birliyin illik fəaliyyətinin sosial xarakterli tədbirlərinə hər il keçirilən yay şənliyi və milad balı aiddir. İllik üzvlük haqqı 700,- AZN (təxminən 620,-) həcmindədir.
Işgüzar məsləhətlərimiz
DAWF Azərbaycan işadamlarına Alman şirkətləri ilə əlaqə yaratmağa və əməkdaşlığı genişləndirməyə yardımçı olur. İlkin olaraq bütün müəssisələr üçün ölkə, eləcə də işgüzar fəaliyyət imkanları haqqında məsləhətlər veririk. Növbəti mərhələdə Sizə məmnuniyyətlə bazar araşdırmaları, yaxud işçi və tərəfdaş axtarışı ilə bağlı təklif təqdim edirik.
Sizin gəlişinizdən məmnun olardıq!
mail@dawf.com elektron email ünvanına yazaraq bizimlə görüş təyin edə bilərsiniz.
|